Master Ramin Eminli
Instructor Martial Arts & Self Defence
Master Ramin Eminli 11.08.1984 cü ildə Bakı şəhərində anadan olmuşdur.1990-cı ildə Yasamal rayonundakı 176 № li məktəbin 1 ci sinfinə getmişdir.Uşaqlıqdan idmana böyük həvəsi var idi və 1990 ci ildən o vaxt "Salyan Kazarması" kimi tanınan indiki "Təlim Tədris Mərkəzi" hərbi hissəsində əsgər və kursantlarla birgə "Əlbəyaxa Döyüş"lə məşğul olmağa başlamışdır.İlk müəllimi Nazım müəllim,Raminin zalda ən gənc döyüşçü və sevilən tələbə olduğundan ona xüsusi diqqət yetirərdi.7 yaşı olsada çox iradəli və əzimkar idmançı olacaqına müəllimi çox inanırdı.1992-1993 cü illərdə müharibə dövrü olduğundan müəllim başqa hərbi hissəyə göndərildi və yerinə Eldar və Rüfət müəllim gəldi.Ramin idmana çox bağlı olduğundan xüsusi xahişlə yenidən o,zalda məşqlərə davam etmək üçün icazə verildi.Yeni müəllimlərin rəhbərliyi ilə Kombat Sambo (Боевое самбо) və Karate -nin də sirlərinə yiyələnməyi qərara aldı.Əsgər və zabitlər hamısı onu özlərinə balaca bir dost qardaş bilirdi və onun gələcəydə peşəkar idmançı olacaqına inanırdı.1995- ci ildə artıq hərbi hissədə zalın fəaliyyəti dayandırıldı.İdmanın bağlanmasına,müəllimlərin gedişinə Ramin çox üzülmüşdü.Buna baxmayaraq Ramin mütamadi olaraq öz məşqini həyətdə,məktəbdə,parkda davam etdirir və öz dostlarınada bildiklərindən öyrədirdi.1995- ci ildə atası onun yenidən idmana qayıtması üçün müxtəlif zallar axtarışında idi.Axtarışlar nəticə verdi , atası ona Yapon döyüş növü olan Aikido və Jiu Jitsu məşlərinə,gedib baxmaqı məsləhət gördü.Cahangir Əliyevin rəhbərliyi ilə "Cindir" meydançasının zalında keşirilən məşqlərə baxdıqdan sonra "Real Aikido və Jiu Jitsu"ilə məşğul olmaqı qərara aldı.Məşqə başladığı gündən öz yaşıdlarından hətta özündən böyük tələbələrdən üstün olduğunu görən Cahangir müəllim onun qısa zamanda nəaliyyətli idmançı olacağına çox inanırdı.Real Aİkido seminarlarında fəal və nümunəvi çıxışları ilə hamının heyrətini qazanaraq KYU sistemi üzrə imtahanlardan uğurla keçmişdir.Bununla bərabər Jiu Jitsu üzrə keçirilən yarışların hamısına qatılaraq özünəməxsus texnikaları ilə döyüşərək fəxri kürsüdə həmişə 1 ci olmuşdur.2000-ci ildə Dünya Real Aikido Federasiyasının prezidenti 10 dan qara kəmər sahibi grandmaster general moyor master Lubomir Luba Vracarevic terefindən 1 Dan qara kəmərə laiq görülmüşdür.2000- ci ildə Jiu-Jitsu və Bu-Jutsu döyüş növlərindən dahı ustad 10 Dan Soke Jan Erik Karlsson tərəfindən 1 Dan qara kəmərə laiq görülmüşdür.Bu illər ərzində dəfələrlə beynəlxalq yarışların və turnirlərin qalibi olmuş, respublika çempionu,avroasiya çempionu,şərqi avropa,qafqaz dovlətləri kuboku,avropa kubokunun qalibi olmuş və hər zaman bayrağımızı dalğalandırmışdır.2000 -ci ildə Universitetə Hüquq fakültəsinə qəbul olmuş (BDU Hüquq maqistr pillesi) və məşqçilik fəaliyyətinədə başlamışdır.Məşqçi fəaliyyəti ilə bərabər öz üzərində çalışaraq dahada fərqli ustadlardan təlimlər almış seminarlara qatılmış və döyüş bazasını təkminləşdirmişdir.Müxtəlif ölkələrdə beynəlxalq seminarlarda olmuş,özünü müdafiə və döyüş texnikası keçmiş Pencak Silat,Stenka,Aiki-Jitsu və Krav Maqa kimi döyüş növlərinin də texnikasını mənimsəyərək şagirdlərinə öyrətmişdir.
- 2000-ci il 1 DAN - Grandmaster Lubomir Luba Vracarevic 10 DAN
- 2000-ci il 1 DAN - Soke Jan Erik Karlosson "Moskow" 10 DAN
- 2004-cü il 2 DAN - Grandmaster Lubomir Luba Vracarevic 10 DAN
- 2010-cu il 3 DAN - Grandmaster Lubomir Luba Vracarevic 10 DAN
- 2012- cıil 3 DAN -Hanshi Jürgen Schercher 10 DAN
- 2012-ci il 4 DAN -Grandmaster Lubomir Luba Vracarevic 10 DAN
- 2013-cü il İnstructor İBAMA ju jitsu Self Decene _ Martial Arts
- 2015-ci il 4 DAN -Hanshi Jürgen Schercher "Germany" 10 DAN
- 2022 -ci il 5 DAN -Hanshi Jürgen Schercher İBAMA 10 DAN
- 2023 -cü il 5 DAN - MASTER Sanja Vracarevich "WCRA" 7 DAN
- Hal-hazırda "Real Aikido & ju Jitsu Döyüş Sənətləri Akademiyasının"prezidentidir yığma komandanın baş məşqçisidır.